"Boranı" restoranında yanğın söndürülüb...
Poliqon xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Məlumata görə, restoranın tüstü bacasında baş vermiş yanğın qısa müddətdə söndürülüb.
***
Bakıda "Boranı" restoranı yanır.
"Report"un xəbərinə görə, hadisə restoranlar şəbəkəsinin "Əhmədli" metrostansiyası yaxınlığında olan filialında qeydə alınıb.
Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin üç yanğınsöndürən texnikası cəlb olunub.
Hadisə ilə əlaqədar restoranın işçi heyəti və müştərilər restorandan təxliyə edilib, Əhmədli metrosundan "Bakı kinoteatrı" istiqamətində yol nəqliyyatın hərəkəti üçün bağlanıb.
FHN-dən bildirilib ki, nazirliyin 112 qaynar xəttinə Xətai rayonu, Əhmədli qəsəbəsində yanğın baş verməsi ilə bağlı məlumat daxil olub:
"Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və əməkdaşları cəlb olunub. Əlavə məlumat veriləcək".
Poliqon.info