EN

Bakıda iməclik keçiriləcək

Yazın gəlişi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, mart ayının 15-də paytaxtda ümumşəhər iməcliyi və ağacəkmə aksiyası keçiriləcək.

Bu barədə “Cebheinfo.az”-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən bildirilib.

Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin  sahibkar və özəl sektorda çalışanları bu iməclikdə fəal iştirak etməyə çağırır.

Bununla da vətəndaşlar paytaxtın daha da gözəlləşməsinə  öz töhfəmizi vermiş olacaq.

Chosen
99
14
cebheinfo.az

10Sources