EN

Stefan Karridən NBA-da tarixi uğur

"Qolden Steyt Uorriors"un ulduz oyunçusu və Milli Basketbol Assosiasiyasının (NBA) dördqat çempionu Stiven Karri NBA-da nadir nailiyyətə imza atıb.

İdman.biz xəbər verir ki, 36 yaşlı amerikalı basketbolçu "Sakramento Kinqs" ilə matçda üç xallıq atışı onun karyerasında 4000-ci olub.

Tarixdə heç bir basketbolçu uğurlu üçlü atışların sayında belə bir həddə çatmayıb.

NBA-da bu göstəriciyə görə ikinci yerdə “Los-Anceles Klippers”də çıxış edən amerikalı Ceyms Harden qərarlaşıb. Onun hesabında 3127 uğurlu üç xallıq atış var.

Qeyd edək ki, oyun 130:104 hesabı ilə "Qolden Steyt Uorriors"un qələbəsi ilə başa çatıb.

İdman.biz

Məqalədə:
Chosen
23
2
idman.biz

2Sources