EN

Ötən il azad olunmuş ərazilərdə 227 videomüşahidə kamerası quraşdırılıb

Ötən il "Təhlükəsiz şəhər” layihəsi çərçivəsində respublika üzrə daha 508 nöqtədə 1,9 min, o cümlədən işğaldan azad olunmuş ərazilərdə 79 nöqtədə 227 videomüşahidə kamerası quraşdırılıb.

“İki sahil” xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.

Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan hökumətin hesabatına əsasən, hazırda ölkə üzrə ümumilikdə 5,3 min nöqtədə 16,6 min videomüşahidə kamerası (Bakı şəhərində 3,5 min nöqtədə 11,1 min kamera) istismar olunur.

Chosen
3
2
ikisahil.az

4Sources