EN

ABŞ İranın neft nazirinə sanksiya tətbiq etdi

ABŞ İranın neft naziri Möhsün Paknejada və İran neftini Çinə daşıdığı iddia edilən 17 şirkət və 13 gəmiyə sanksiyalar tətbiq edib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

“İran hökuməti və ordusu neft naziri Möhsün Paknejadın köməyi ilə İranın neft sərvətlərini oğurlayır",- məlumatda deyilib.

Nazirlik İran neftinin ixracını sıfra endirməyə çalışdıqlarını bildirib.

Chosen
34
1
axar.az

9Sources