EN

Dəmir yollarında nəzarətsiz buraxılan heyvanlar və ehtiyatsız davranış təhlükəsizliyi riskə atır - ADY

Bakı. Trend:

Dəmir yollarında nəzarətsiz buraxılan heyvanlar və ehtiyatsızdavranış təhlükəsizliyi riskə atır, ciddi fəsadlara səbəb olur.

Trend xəbər verir ki, bu barədə ADY məlumatyayıb.

Məlumata görə, bu ilin 2 ayında sahibsiz buraxılan təsərrüfatheyvanları dəfələrlə qatarların hərəkətinə maneə törədib və qatarlaheyvanın toqquşması ilə nəticələnmiş 7 hadisə baş verib.

Ötən il isə 43 dəfə qatar dəmir yolu ətrafında sahibsizburaxılmış heyvanla toqquşub.

Bu cür hadisələr nəticəsində
- qatar təcili tormozlama edir;
- qatarda olan insanlar qorxu və stres yaşayır;
- qrafikdə gecikmələr yaranır;
- qatar zərər görür;
- heyvanlar tələf olur;
- heyvan sahibləri Azərbaycan qanunvericiliyinə uyğun olaraqcərimələnirlər.

Bir daha xatırladırıq ki, dəmir yollarında təhlükəsizlikqaydalarına əməl etmək hər kəsin məsuliyyətidir. ADY dəmir yoluətrafında yaşayan sakinləri təsərrüfat heyvanlarını nəzarətsizburaxmamaqla xoşagəlməz hadisələrə səbəb olmamağa çağırır.

Chosen
2
8
az.trend.az

10Sources