EN

Azərbaycan Qərbi bərpa olunan enerji ilə təmin etmək potensialına sahibdir -Cin Baderşnayder

Bakı. Trend:

Azərbaycan bərpa olunan enerji mənbəyinə, eləcə də logistikmərkəzə çevrilməklə Qərbi bərpa olunan enerji ilə də təmin edəbilər.

Bu sözləri XII Qlobal Bakı Forumu çərçivəsində Trend-ə açıqlamasında"ExxonMobil"in keçmiş vitse-prezidenti, İnsan Alverinə vəMiqrantların Qaçaqmalçılığına Qarşı Qlobal Fəaliyyətin rəhbəri CinBaderşnayder (Jean Baderschneider) deyib.

O, Azərbaycanın dünyada çox strateji bir mövqedə yerləşdiyini,böyük neft və qaz ehtiyatlarına malik olduğunu bildirib:"Azərbaycan həm də böyük potensiala və bərpa olunan enerjimənbələrinə malikdir. Bərpa olunan enerji uzunmüddətli perspektivdədaha əlçatan olacaq. Beləliklə, Azərbaycan bərpa olunan enerjimənbəyinə, eləcə də logistik mərkəzə çevrilməklə Qərbi bərpa olunanenerji ilə də təmin edə bilər".

O, forumdan gözləntilərini və danışıqlar prosesində Bakınınrolunu qeyd edib: "Bu forumda əməkdaşlıq və çoxtərəflilik kimivacib məsələlərdə çox müxtəlif fikirləri bir araya gətiririk.Dünyada dəyişikliklər gedir və bu forumda da dəyişən dünya nizamıilə bağlı danışıqlar keçirilir. Mən bir neçə ildir ki, Qlobal BakıForumuna qatılıram və onu bu qədər dəyərləndirməyimin səbəbi fikirmüxtəlifliyidir."

Bundan başqa, C. Baderşnayder qeyd edib ki, Bakının ev sahibliyietdiyi COP29-da cəsarətli öhdəliklər götürüldü.

"Bunun davamı olaraq bu gün də Qlobal Bakı Forumunda ciddi, azadvə açıq müzakirələrin aparıldığının şahidiyik. Nəticədə dünyayabaxışlar dəyişir və buna görə də bu forum olduqca böyük əhəmiyyətkəsb edir", - deyə o vurğulayıb.

Chosen
3
az.trend.az

1Sources