Dəmir yollarında nəzarətsiz buraxılan heyvanlar və ehtiyatsız davranış təhlükəsizliyi riskə atır, ciddi fəsadlara səbəb olur.
Publika.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Məlumata görə, bu ilin 2 ayında sahibsiz buraxılan təsərrüfat heyvanları dəfələrlə qatarların hərəkətinə maneə törədib və qatarla heyvanın toqquşması ilə nəticələnmiş 7 hadisə baş verib.
Ötən il isə 43 dəfə qatar dəmir yolu ətrafında sahibsiz buraxılmış heyvanla toqquşub.