EN

Su ehtiyatlarının səmərəli istifadəsi üçün xərclənən vəsaitin həcmi artıb

Ötən il su ehtiyatlarının səmərəli istifadəsi üçün yarım milyard manatdan çox vəsait xərclənib. "Olaylar" xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb. Məlumata görə, ötən il bu məqsədlər üçün dövlət büdcəsindən 539,7 mln. manat məbləğində vəsait yönəldilib. Bu vəsait ölkə ərazisində mövcud olan su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi, su itkilərinin azaldılması, fermerlərin suvarma suyu ilə təchizatının yaxşılaşdırılması, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, kənd təsərrüfatının inkişafı ilə bağlı yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi, suvarma sahələrinin genişləndirilməsi, suvarma subartezian quyularının saxlanılması və digər meliorasiya tədbirlərinin maliyyə təminatı üçün sərf edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
21
7
olaylar.az

8Sources