EN

Kiçik Ramazanov Borçe Xristovun yerini tutub?

“Zirə”nin Ağabala Ramazanovu məşqçi korpusuna cəlb etdiyini xəbər vermişdik. Əslində Rəşad Sadıqovun bu addımı anlaşılandı. Axı yanvarın əvvəlində Şimali Makedoniya Futbol Federasiyasının müraciətini nəzərə alan “Zirə” qarşılıqlı razılıq əsasında Borçe Xristovla yolları ayırmışdı.

Belə çıxır ki, kiçik Ramazanov məhz onun yerinə gətirilib. Ağabala B kateqoriyasına malikdu, buna qədər məşqçi kimi “Zirə”nin akademiyasında çalışıb. O, həmçinin 2020-22-ci illər aralığında “Zirə”də çıxış edib, komandanın kapitanı olub.

Görəsən, onun “Zirə”də işə başlaması kimin təşəbbüsü olub? Köməkçi kimi funksiyaları nədən ibarətdi? Bu sualları klubun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadəyə ünvanladıq:

“Təklif baş məşqçidən gəldi. Ağabala daha öncə komandamızda çıxış edib. Rəşad Sadıqovun rəhbərliyi altında kapitan da olub. İndi isə köməkçi məşqçi funksiyalarını yerinə yetirəcək. Xristovun funksiyalarının ona tapşırılıb-tapşırılmadığını isə bilmirəm”.

ƏSƏD SEYİDOV

1Sources