“Gəncə şəhərinin Şəmkir rayonu istiqamətində girişində böyük xəstəxana kompleksi tikilib və lazımi tibbi avadanlıqlarla təciz edilib. Amma, hələ də həmin müəssisə istifadəyə verilməyib”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Naqif Həmzəyev Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı”nın müzakirəsi zamanı bildirib.
“Onsuz da Gəncə şəhərində fəaliyyət göstərən tibbi müəssiələrdə sıxlıqdır. Çünki tək Gəncə deyil, Qərb regionunda yaşayan vətandaşlarımız da bu xəstəxanaların xidmətlərindən istifadə edirlər.
Mən düşünürəm ki, qeyd etdiyim tibbi kompleksi istifadəyə verə bilsək, hətta onun bazasında Gəncə Dövlət Universitetinin tibb fakültəsini də aça bilərik”, - deyə millət vəkili əlavə edib.
Nuranə Daxilqızı