BAKI, TurkicWorld
İran ABŞ-ın neft naziri Möhsün Paknejad da daxil olmaqla bir sıra şəxslərə və şirkətlərə qarşı tətbiq etdiyi yeni sanksiyaları "beynəlxalq sülh və təhlükəsizliyə təhdid" adlandırıb.
TurkicWorld Azervoice-a istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi ABŞ-ın sanksiya qərarını pisləyərək, bunun Vaşinqtonun qanunlara məhəl qoymadığının və danışıqlara dair açıqlamalarının aldadıcı olduğunun sübutu olduğunu bildirib.
Bekayi ABŞ-ın müstəqil ölkələrə qarşı sanksiya və təzyiq siyasətini beynəlxalq hüququn pozulması kimi qiymətləndirib və Vaşinqtonu bu addımların nəticələrinə görə məsuliyyət daşımalı olduğunu vurğulayıb.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi dünən İranın neft naziri Paknejad və İran neftini daşıyan gəmiləri idarə edən bəzi şirkətlərə qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb.