EN

İSTEHLAKÇILARIN MALIN ÖLÇÜSÜNƏ, ÇƏKİSİNƏ VƏ HESABINA DAİR AZ MİQDARDA ALDADILMASI » AzadMedia.az


İstehlakçıların malın ölçüsünə, çəkisinə və hesabına dair aldadılması müxtəlif formalarda ola bilər. Mağazada malın kassadakı qiymətinin vitrində göstərilən qiymətdən yüksək olması, kafe və restoranlarda təklif olunan məhsulların menyuda göstərilən qiymətlərdən yuxarı hesablanması, çəki ilə satılan malın faktiki çəkisinin göstəriləndən az olması, hesaba kiçik məbləğlərin əlavə edilməsi və ya yekun məbləğin yanlış hesablanması və s. bu kimi hallar istehlakçıların aldadılması hesab edilir.

Mövcud qanunvericiliyə əsasən, sahibkarlıq subyektləri təklif etdikləri mal və xidmətlərin qiymətləri barədə istehlakçılara dəqiq və düzgün məlumat verməlidirlər. Satışda olan bütün malların üzərində malın adı, növü, qiyməti və doldurulma tarixi göstərilməklə, dəqiq tərtib edilmiş qiymət kağızı olmalıdır. Məhsulun satışı məhz üzərində (piştaxta və ya vitrinlərdə) göstərilən qiymətə uyğun aparılmalıdır. Malın çəkisi və ölçüsünün düzgünlüyünü müəyyən etmək üçün ticarət zalında görünən yerdə standartlara uyğun nəzarət ölçü vasitələri qoyulmalıdır.
İstehlakçıdan məhsulun üzərində göstərilən qiymətdən fərqli ödəniş tələb edilməsi onun hüquqlarının pozulmasına, yəni hesabda aldadılmasına səbəb olur.

İstehlakçıların malın ölçüsünə, çəkisinə və hesabına dair aldadılmasına görə məsuliyyət tədbirləri
İstehlakçıların malın ölçüsünə, çəkisinə və hesabına dair aldadılmasına görə İnzibati Xətalar Məcəlləsində məsuliyyət tədbiri nəzərdə tutulub. Belə ki, Məcəllənin 447.0.1-ci maddəsinə əsasən, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 4000 manatdan 6000 manatadək məbləğdə inzibati qaydada cərimə edilir. Qeyd edək ki, İXM-yə görə bu maddədə az miqdarda aldadılma dedikdə 5000 manatdan yuxarı olmayan məbləğ başa düşülür. Aldadılma məbləği 5000 manatdan çox olarsa, cinayət məsuliyyəti yaranır.

Malın ölçüsünə, çəkisinə və hesabına dair istehlakçıların aldadılması halları ilə bağlı görülmüş işlər
Agentliyə malın ölçüsünə, çəkisinə və hesabına dair istehlakçıların aldadılması halları ilə bağlı 2024-cü il ərzində 319, 2025-ci ilin yanvar-fevral aylarında isə 40 vətəndaş müraciətinə baxılıb. Araşdırmalar zamanı 2024-cü ildə istehlakçıların hesabda aldadılması faktı ilə bağlı 13 sahibkarlıq subyekti barəsində 24 , 2025-ci ilin yanvar-fevral aylarında isə 4 sahibkarlıq subyekti barəsində 4 inzibati xəta haqqında protokol tərtib edilib. Baxılmış müraciətlər üzə 189 (2025-ci ildə 12 ) halda istehlakçıların tələbləri təmin edilib.
Chosen
7
2
azadmedia.az

3Sources