EN

Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatması ümid mənbəyidir – Belçika XİN

Bakı. Trend:

Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzrədanışıqların başa çatması ümid mənbəyidir.

Trend xəbərverir ki, bu barədə Belçika baş nazirinin müavini, xarici, Avropaişləri və inkişaf üzrə əməkdaşlıq naziri Maksim Prevost "X" sosialşəbəkəsindəki səhifəsində yazıb.

"Region və onun hüdudlarından kənarda vacib və faydalı olandavamlı sülh nəhayət ki, əlçatandır. Ümid edirəm ki, müqavilə ənqısa zamanda hər iki ölkə tərəfindən imzalanacaq", - obildirib.

Xatırladaq ki, ötən gün Azərbaycan XİN Azərbaycan və Ermənistanarasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqındaSaziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını elanedib.

"Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsasşərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşıiddiaların aradan qaldırılması məqsədilə Ermənistanınkonstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanınuzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətəçatdırırıq.Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksionalMinsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğvolunmasının zəruriliyini vurğulayırıq.İki ölkə arasında normallaşmaprosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqudavam etdirməyə hazırıq", - deyə XİN-dən bildirilib.

Məqalədə:
Chosen
10
4
az.trend.az

9Sources