Rusiya iqtisadi baxımından super güc hesab edilə bilməz.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bunu Xll Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Yeni Dünya Nizamında Orta Güclər" adlı panel müzakirəsində Latviyanın sabiq müdafiə naziri Artis Pabriks deyib.
O, “Rusiyanın super gücə çevrilmək üçün bir iddiasının olduğunu” vurğulayıb:
“Rusiya öz qonşusuna hücum edib ki, super gücə çevrilsin”.
Artis Pabriks dünyada ancaq iki ölkəni - Çin və ABŞ-ı super güc hesab etdiyini qeyd edib.