Zirə”nin futbolçusu Salifu Suma karyerasını Rusiyada davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə “AfricaFoot” portalı məlumat yayıb.
Moskva “Lokomotiv”i 21 yaşlı vingerin keçidini tamamlamaq niyyətindədir. Rusiya klubu Suma üçün “Zirə”nin tələb etdiyi 800 min avronu ödəməyə hazırdır.
Qeyd edək ki, Suma bu mövsüm Premyer Liqada 24 oyunda 8 qol vurub, 4 məhsuldar ötürmə edib.
Rəşad Rafiqoğlu, Bizim.Media