Ötən gün dünyasını dəyişən 51 yaşlı aktyor Şinasi Yurtseverin son paylaşımı və həyatının son anlarına dair yeni məlumatlar yayılıb.
Yurtseverin son paylaşımında rəqs etdiyi görüntülər yer alıb.
Məlumata görə, Şinasinin anası onun vəfatından xəbərsizdir. Aktyor ötən il mədə xərçəngi diaqnozu almış və müalicə olunurdu. Son olaraq, "Yüzde İki" adlı ekran işində "Kadri" obrazını canlandırmışdı. Serialın ilk 5 bölümündə rol alan Şinasi 15 gün əvvəl sətəlcəm olub və xəstəxanaya yerləşdirilib.
Şinasinin vəfat xəbərini aktyor Zafer Alagöz yayıb. Lakin daha sonra məlum olub ki, aktyorun valideynləri onun ölümündən xəbərsiz olub. Bu səbəbdən Zafer Alagöz həmin paylaşımı silmək məcburiyyətində qalıb.
Aktyor 18 il ərzində Ferihan Yurtsever ilə evli idi.
Mənbə: musavat.com