EN

ABŞ danışıq istəyir və sanksiya tətbiq edir? - İran

ABŞ-ın İranın enerji sektoruna və ölkənin neft nazirinə qarşı son sanksiyaları Vaşinqtonun Tehrana düşmən münasibət bəslədiyini və onunla danışıqlar aparmaq istəmədiyini göstərir.

Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

“ABŞ-ın İranın digər ölkələrlə iqtisadi və ticarət əlaqələrini pozmağa yönəlmiş düşmənçilik hərəkətləri beynəlxalq hüququn və azad ticarətin fundamental prinsiplərinin pozulmasıdır. Bu, birtərəfli və qeyri-qanuni tədbirlərin nəticələrinə görə ABŞ tam məsuliyyət daşıyır”, - Bəqai bildirib.

Qeyd edək ki, ABŞ İranın neft naziri Möhsün Paknejada və İran neftini Çinə daşıdığı iddia edilən 17 şirkət və 13 gəmiyə sanksiyalar tətbiq edib.

Chosen
48
1
axar.az

9Sources