EN

Lukaşenko “Oreşnik”in tezliklə Belarus ordusunun xidmətinə veriləcəyini açıqladı - VİDEO

“Oreşnik” raket sistemi tezliklə Belarus ordusunun xidmətinə veriləcək.

Qaziler.az izvestiya.ru-ya istinadən bildirir ki, bu barədə martın 14-də Belarus prezidenti Aleksandr Lukaşenko məlumat verib.

“Bizə taktiki nüvə silahı verilib. Belarus ordusu tezliklə ən son hipersəs silah sistemləri olan "Oreşnik"i alacaq", - Lukaşenko Rusiya Federasiyası Federasiya Şurasındakı çıxışında deyib.

Onun sözlərinə görə, bu raket üçün buraxılış qurğusu Belarusda istehsal olunur. O əlavə edib ki, Minsk yaxın vaxtlarda Rusiyadan bir neçə raket alacağını gözləyir və buraxılış qurğuları da ölkədə hazırlanacaq.

O, həmçinin qeyd edib ki, sistemlərin yeri Rusiya prezidenti Vladimir Putinlə bir gün əvvəl aparılan danışıqlarda müzakirə olunub.

QAZİLER.AZ

Chosen
4
qaziler.az

1Sources