Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar (Rzayev) bu gün 87 yaşını qeyd edir.
Pravda.az-a təəssüratlarını bölüşən Xalq yazıçısı deyib ki, onu bu gün yeni yaşı münasibətilə yüzdən çox şəxs təbrik edib.
“Səhər saat 9-dan təbrik etməyə başlayıblar. Ən az yüz adam zəng edib. AYB-yə də xeyli adam gəlib. Qəzetlərdə də dərc olunub. Hamısı çox sağ olsunlar. Gənclərə xoşbəxtlik, uğurlar arzu edirəm. Yaradıcılığımla bağlı planlarım var, çoxdur. Allah ömür versin, həyata keçirək”, - yazıçı qeyd edib.
Aytəkin Qardaşova
Tarix: 14 Mart 2025, 14:47