EN

Əhvazda ərəb məhbuslar aclıq aksiyası keçirir

İranın Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərinin Şeyban həbsxanasında saxlanılan 8 siyasi məhbus aclıq aksiyası keçirir.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, ərəb fəallar həbsxana rəhbərliyinin və nəzarətçilərin onlara qarşı kobud davranışlarına, işgəncə edilmələrinə və tibbi xidmətdən istifadə edə bilməmələrinə etiraz olaraq aclığa başlayıblar.

Onların 8 ay əvvəl "hökumətə qarşı təbliğat" və "ölkənin milli təhlükəsizliyinə zərbə vurmaq üçün sövdələşmək" ittihamlarına görə həbs ediliblər.

visiontv.az



Chosen
7
visiontv.az

1Sources