EN

ATƏT-in Minsk qrupu prosesə ancaq ləngidici təsir göstərirdi- Turan Rzayev- ÖZƏL

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XII Qlobal Bakı Forumunda jurnalistlərə açıqlamasında Minsk Qrupunun və onun digər təchizatlarının ləğvinin vacibliyini vurğulayıb.

O bildirib ki, sülh sazişi üzrə danışıqlar yekunlaşdıqdan sonra Azərbaycan Ermənistan konstitusiyasında və digər normativ aktlarda ölkənin ərazi bütövlüyünə dair iddiaların konstitusiya dəyişikliyi ilə aradan qaldırılmasını gözləyir.

Politoloq Turan Rzayev qeyd edib ki, Minsk qrupu prosesə ancaq ləngidici təsir göstərib:

"ATƏT-in Minsk qrupu faktiki olaraq heç bir fəaliyyət göstərmir. Ən azından 44 günlük müharibəyə qədər formal bir fəaliyyətləri var idi. 30 il ərzində də işğalçının işğal prosesini dəstəkləmək kimi fəaliyyətlərdən başqa da  heç bir iş görmədilər.  Azərbaycan ATƏT-in Minsk qrupunun həll etməli olduğu məsələni 44 günlük müharibə zamanı hərbi yolla həll etdi. Faktiki olaraq, bugün ATƏT-in Minsk qrupunun həll etməli olduğu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yoxdur. Bir növ həll olubdur. Bu zaman Minsk qrupuna heç bir ehtiyac yoxdur. Azərbaycan və Ermənistan arasında danışıqlar və regional danışıqlar bir daha göstərdi ki, kənar qüvvələrin prosesdə iştirakı prosesi ancaq ləngidir. Yəni, heç bir halda proses kənar iştiraklarla həll edilə bilmirdi. Son zamanlar  problemlər danışıqlarla həll olunur və  müharibədən bugünə kimi olan danışıqlarda ciddi uğurlar əldə edilib. Təbii ki, tam sülhdən danışılmır, ən azından 30 il ərzindəki danışıqlara baxdıqda real nəticələrin əldə olunduğunu deyə bilərik. ATƏT-in Minsk qrupunun tamam ləğv edilməsinin  regionda sülh prosesinə xüsusi təsiri olacağını düşünmürəm. Bu qurumun varlığı nə idi ki, yoxluğu da nə olsun. Bu danışıqlar davam edərsə, ATƏT-in Minsk qrupunun fəaliyyətindən daha çox nəticə əldə etməyimizə gətirib çıxardacaq". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
17
olaylar.az

1Sources