EN

Bakının bu ərazisində hərəkət MƏHDUDLAŞDIRILACAQ

Martın 17-də, saat 06:00-dan Bakının Həsən Əliyev küçəsindəki dairədə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.

Viral.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb Həsən Əliyev küçəsi – “Koroğlu” metrostansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində Nərimanov rayonunun Əhməd Rəcəbli və Mirzə Uluqbəy küçələrinin kəsişməsindəki (“Şəki” restoranının qarşısında) dairədə aparılan əsaslı yenidənqurma işləridir.

Son Yazılar:

“Sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına, tikinti ərazisində quraşdırılan müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, – deyə məlumatda qeyd olunub.

Chosen
43
36
viral.az

10Sources