EN

Rəsmi İrəvan: "Ermənistan martın 1-dən sərhəd-keçid məntəqələrində nəzarəti müstəqil həyata keçirir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Martın 1-dən etibarən Ermənistan sərhəd-keçid məntəqələrində nəzarəti tam müstəqil şəkildə həyata keçirir".
Oxu.Az erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan XİN başçısı Ararat Mirzoyan bildirib.
O, bu məsələdə Rusiyaya çoxillik dəstəyinə görə təşəkkür edib.
"Martın 1-dən Ermənistanın sərhədlərindəki bütün nəzarət-buraxılış məntəqələrində xidməti erməni sərhədçilər həyata keçirir. Bu, həm fəaliyyət göstərən, həm də "Marqara" kimi fəaliyyət göstərməyən sərhəd-keçid məntəqələrinə aiddir. Bunu mühüm hadisə hesab etmək olar. Bu baxımdan, fürsətdən istifadə edərək, indiyədək bu xidməti həyata keçirdiklərinə görə Rusiyalı tərəfdaşlarımıza təşəkkürümü bildirmək istərdim", - deyə nazir qeyd edib.
2024-cü ilin oktyabrın əvvəlində Moskvada respublikanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin görüşündən sonra Ermənistan hakimiyyəti əldə edilmiş razılaşmaya əsasən, Rusiya sərhədçilərinin İranla sərhəddə yerləşən "Aqarak" sərhəd-keçid məntəqəsini tərk edəcəyini və yanvar ayından etibarən orada mühafizənin yalnız erməni sərhədçilər tərəfindən həyata keçiriləcəyini bildirmişdi. Eyni zamanda, erməni sərhədçilərin rusiyalı həmkarları ilə birlikdə İran və Türkiyə ilə dövlət sərhədinin mühafizəsində iştirak edəcəyi bəyan edilmişdi. Fevralın 28-də Paşinyan Türkiyə ilə sərhəddə yerləşən "Marqara" sərhəd-keçid məntəqəsinin mühafizəsinin də erməni sərhədçilərin nəzarətinə keçdiyini bildirmişdi. Bu hadisələrdən əvvəl 31 iyul 2024-cü ildə Rusiya sərhədçiləri "Zvartnots" beynəlxalq hava limanından çıxarılmışdı.
Bununla belə, hazırda Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədini bütün perimetr boyunca qorumağa davam edirlər. Ermənistanın Türkiyə (345 km) və İranla (45 km) dövlət sərhədinin mühafizə sistemi SSRİ dövründən tam şəkildə qorunub saxlanılıb. Rusiya sərhədçilərinin hazırda ölkədə olmasının əsasını 30 sentyabr 1992-ci ildə İrəvanda imzalanmış Rusiyanın sərhəd qoşunlarının respublika ərazisindəki statusu haqqında dövlətlərarası müqavilə təşkil edir.
Chosen
49
50
oxu.az

10Sources