EN

Yeni dünya düzənində orta güclərin rolu artır - Pyotr Stoyanov

Bakı. Trend:

Yeni dünya düzənində orta güclərin rolu artır.

Trend xəbər verirki, bunu 1997-2002-ci illərdə Bolqarıstanın prezidenti olmuş PyotrStoyanov XII Qlobal Bakı Forumu çərçivəsində “Yeni dünya düzənindəorta güclər” mövzulu panel müzakirələrində etdiyi çıxışdadeyib.

“Bu gün "soyuq müharibə"nin başa çatmasından 35 il ötür vəyeganə super-dövlət kimi Birləşmiş Ştatların roluna ciddi şəkildəmeydan oxunub”, - deyə Stoyanov söyləyib.

O qeyd edib ki, dəyişə bilən koalisiyalar yaratmağa qadir olanorta güclər yeni dünya düzənində mühüm rol oynayacaq. Böyük güclərbelə bir imkana malik deyillər.

Onun sözlərinə görə, əksər orta güclər BRİCS üzvləri - Misir,Efiopiya, İran, BƏƏ və İndoneziyadır. Türkiyə, Tayland və Malaziyaisə artıq üzvlük üçün ərizə ilə müraciət ediblər.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərindəkeçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfliyanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regionalsabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirəolunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir arayagətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident,15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərintəxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazirmüavini yer alacaq.

Məqalədə:
Chosen
10
az.trend.az

1Sources