Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, o, sadalanan silahların işğal edilmiş ərazilərdə olmadığını bildirərək deyib: "Bu silahlar Qarabağ ərazisində mövcud olmayıb. "Prezident" olduğum müddətdə (2007-2020-ci illərdə) bu silahların Qarabağa gətirilmədiyini dəqiq deyə bilərəm".
O, həmçinin qeyd edib: "Müdafiə qurumları"nın "rəhbəri" qondarma rejimin "prezident"inə məruzə etməyə borclu olmasa da, bu silahların əhəmiyyətini nəzərə alaraq, onlar bizə verilsəydi, "ordu komandiri" bu barədə mənə məlumat verməli idi".
B.Sahakyan qeyd olunan silahlardan istifadə edilməklə Azərbaycanın mülki obyektlərinin atəşə tutulması, bunun kimin göstərişi ilə həyata keçirilməsi barədə isə bunları bildirib: "Deyə bilərəm ki, həmin artilleriya atəşləri Qarabağ ərazisindən olmayıb".
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.