EN

Mirzoyandan Naxçıvan AÇIQLAMASI: “İmkanımız olacaq”

“Bizim Naxçıvan ərazisindən istifadə etmək imkanımız olacaq”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Bizim təklifimizə görə, yüklər Azərbaycan-Ermənistan sərhədindən keçə bilər. Məsələn, Meğri dəmir yolu ilə, Ermənistan sərhədini keçib Naxçıvana daxil ola bilər. Bizim də Naxçıvan ərazisindən, xüsusən də dəmir yolundan istifadə edərək, mallarımızı həmin marşrutla birbaşa cənuba göndərmək imkanımız olacaq. Hər iki ölkə bir-birinin ərazisindən, məsələn, dəmir yolu şəbəkəsindən beynəlxalq daşımalarda bərabər şəkildə istifadə edə bilər. Bu reallaşsa, biz Çindən dəmir yolu ilə mal ala bilərik. Onlar gəlib Ermənistandan keçib, qərbə, Türkiyədən keçəcəklər. Bu, multimodal olaraq da mümkündür. Yəni, imkanlar hər iki ölkə üçün bərabərdir”, – Mirzoyan vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Chosen
21
konkret.az

1Sources