Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xanla görüşüb. Manset.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb. Görüşdə iqtisadiyyat, ticarət, enerji, nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilib. Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatında fəal iştirakı məmnunluqla qeyd olunub. Həmçinin Azərbaycanda keçiriləcək Zirvə görüşünə hazırlıqla bağlı görülən işlərə nəzər salınıb.