Ermənistan Baş naziri Nikol Paşinyan Moskvada qələbə paradında iştirak edəcək.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Ermənistanın Baş naziri Rusiya Prezidentinin dəvətini qəbul etdiyini təsdiqləyib və mayın 9-da Moskvada Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi münasibətilə yubiley tədbirlərində iştirak edəcək”, - məlumatda qeyd olunub.
"Cebheinfo.az"