Bakı. Trend:
Bu gün xarici işlər naziri Ceyhun Bayramov 12-ci Bakı QlobalForumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan İqtisadiƏməkdaşlıq Təşkilatının baş katibi Əsəd Məcid Xan ilə görüşüb.
Trend xəbərverir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatıçərçivəsində əməkdaşlıq imkanları, Təşkilatın fəaliyyətiningücləndirilməsi səyləri, Təşkilatın ölkəmizdə keçiriləcək Zirvəgörüşünə hazırlıq işləri, habelə regional məsələlər müzakirəolunub.
Nazir Ceyhun Bayramov ölkəmizin İqtisadi Əməkdaşlıq Təşkilatınınişinə əhəmiyyət verdiyini, Təşkilatın əhatə etdiyi regionuniqtisadi-ticarət, nəqliyyat-kommunikasiyalar sahələri üzrəimkanlarla zəngin olduğunu, bu baxımdan bölgənin mövcudpotensialından istifadənin vacibliyini qeyd edib.
Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29)sədrliyindən bəhs olunub, İqtisadi Əməkdaşlıq Təşkilatıçərçivəsində ətraf mühitlə bağlı təşəbbüslərin irəlilədilməsininəhəmiyyəti qeyd edilib.
Cari ildə ölkəmizdə keçiriləcək Zirvə görüşünün İqtisadiƏməkdaşlıq Təşkilatının inkişafı, gücləndirilməsi baxımından mühümrol oynayacağı, bu baxımdan üzv ölkələrin fəal iştirak vətöhfələrinin vacibliyi vurğulanıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.