EN

Formula 1-in prezidenti ilə müqavilənin müddəti uzadılıb

Formula 1-in prezidenti və baş direktoru Stefano Domenikali ilə müqavilənin müddəti uzadılıb.

Avtosfer.az xəbər verir ki, italiyalı funksioner daha 5 il bu vəzifələri icra edəcək.

O, 2021-ci ilin yanvar ayından Formula 1-ə rəhbərlik edir.

Qeyd edək ki, yarışın yeni mövsümünün açılış mərhələsi bu gün Avstraliyada start götürüb.

 

Chosen
12
4
avtosfer.az

5Sources