Qazaxıstanda Nüvə Enerjisi Agentliyi yaradılacaq
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədə nüvə enerjisi agentliyinin yaradılması barədə qərar qəbul edildiyini bildirib.
Demokrat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
O qeyd edib ki, onun müstəsna əhəmiyyətini nəzərə alaraq, agentlik Qazaxıstan Prezidenti yanında yaradılacaq.
Tokayev bildirib ki, gələcək onilliklər üçün dinamik iqtisadi inkişafa görə möhkəm zəmin yaradacaq yeni enerji sənayesinin yaradılması bizim üçün strateji baxımdan vacibdir.
Əfsanə Kamal
Demokrat.az