EN

Seçki Müşahidə Alyansının rəhbəri də həbs olundu

Bəşir Süleymanlı ilə birgə saxlanılan Seçki Müşahidə Alyansının rəhbəri Altay Məmmədzadə də həbs edilib.

İstintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub. Binəqədi Rayon Məhkəməsi təqdimatı təmin edib.

Altay Məmmədzadə barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Altay Məmmədzadə Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Chosen
12
20
news365.az

10Sources