EN

Türkiyənin vaxtı ilə dediklərini ABŞ indi deyir - Fidan

Rusiya- Ukrayna müharibəsi ilə bağlı vaxtı ilə Türkiyənin dediklərini indi ABŞ deyir.

Axar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “TV1000” telekanalına müsahibəsində deyib.

O bildirib ki, Rusiya-Ukrayna müharibəsinin bitməsi məsələsi ilə bağlı dünyada qütbləşmə var:

"Savaşın başlanması qütbləşmə yaratmışdı. İndi müharibənin bitməsi məsələsi də dostları qarşı-qarşıya qoyur. Yəni müharibənin əhatə dairəsi bu qədər genişdir".

Chosen
17
7
axar.az

9Sources