Bəşir Süleymanlı ilə birgə saxlanılan "Seçki Müşahidə" Alyansının rəhbəri Alpay Məmməd həbs edilib.Metbuat.az APA-ya istinadən xəbər verir ki, istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub. Binəqədi Rayon Məhkəməsi təqdimatı təmin edib.Alpay Məmməd barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.Alpay Məmməd Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.21:15“Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı həbs edilib.Metbuat.az APA-ya istinadən xəbər verir ki, istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.Binəqədi Rayon Məhkəməsi təqdimatı təmin edib.Bəşir Süleymanlı barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.Bəşir Süleymanlı Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.