EN

Tramp Rusiya ilə bağlı növbəti addımı müəyyən edəcək - Rubio

Ukrayna münaqişəsi ilə bağlı Rusiya ilə növbəti görüş keçiriləcək. Prezident Donald Tramp növbəti addımları müəyyən edəcək.

Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ Dövlət katibi Marko Rubio çıxış edib.

O qeyd edib ki, xüsusi nümayəndə Stiven Uitkoff Rusiyadan geri qayıtdıqdan sonra Rusiyanın mövqeyi daha ətraflı dəyərləndiriləcək: “Bundan sonra ABŞ prezidenti növbəti addımların nədən ibarət olduğunu müəyyən edəcək”.

Chosen
9
axar.az

1Sources