EN

İndiyə qədər hər şey yaxşı gedir - Tramp

ABŞ prezidenti Donald Tramp seçki kampaniyası zamanı Ukraynada 24 saat ərzində sülhə nail ola biləcəyindən danışarkən "bir az istehzalı" olduğunu deyib.

Modern.az bu barədə ABŞ mediasına istinadən xəbər verir.

O, həmçinin bildirib ki, münaqişənin həlli prosesi hazırda “normal şəkildə gedir”:

“Bildiyiniz kimi, bizim Ukrayna tərəfi ilə atəşkəslə bağlı razılaşmamız var. Rusiyadan da buna nail olmağa çalışırıq. Və düşünürəm ki, indiyə qədər hər şey yaxşı gedir. Bazar ertəsi bir az daha çox şey biləcəyik və bu, ümid edirəm ki, yaxşı olacaq".

Chosen
6
5
modern.az

7Sources