EN

"Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub etdi

Türkiyə Super Liqasında XXVIII tura start verilib.   Manset.az xəbər verir ki, "Qalatasaray" evdə "Antalyaspor"u qəbul edib. Görüşə yaxşı başlayan meydan sahibləri, matçın 30-cu dəqiqəsində Viktor Osimhenin vurduğu qolla hesabı açıb. İlk hissənin sonlarına doğru "sarı-qırmızılılar" daha iki qol vuraraq üstünlüklərini artırıblar. İkinci hissədə də üstünlüyü əldən verməyən "Qalatasaray", Osimhenin het-trik etdiyi matçda "Antalyaspor"u 4:0 hesabı ilə məğlub etməyi bacarıb. Türkiyə Super Liqası XXVIII tur 21:30. “Qalatasaray” - “Antalyaspor” - 4:0

Qollar: V. Osimhen, 30, 45+3, 52, A.Morata, 45 (Pen.)

Chosen
8
7
manset.az

9Sources