EN

Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı xoş xəbər aldığını açıqlayıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Prezidenti Donald Tramp bu yaxınlarda Ukrayna münaqişəsinin həlli ilə bağlı olduqca yaxşı xəbərlər aldığını bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
ABŞ Ədliyyə Nazirliyindəki çıxışı zamanı Tramp şad xəbər aldığını qeyd edib. O, bundan sonra nələrin baş verəcəyini izləməyə çağırıb.
"Hələ yolumuz uzundur", - ABŞ lideri vurğulayıb.
Daha əvvəl Tramp bildirib ki, bu gün ABŞ-nin Rusiya və Ukrayna ilə çox yaxşı danışıqları olub.
"Ukrayna atəşkəsə razılaşıb, Rusiya ilə də buna nail ola bilsəydik. Amma bu, çətin görünür", - o əlavə edib.
Chosen
43
50
oxu.az

10Sources