EN

Dövlət Turizm Agentliyində yoxlama aparılır

Hesablama Palatası Dövlət Turizm Agentliyində yoxlama aparır.

“Qafqazinfo” “APA-Economics”ə istinadən xəbər verir ki, artıq bir neçə müddətdir yoxlamalara başlanılıb.

Hesablama Palatasından sorğuya cavab olaraq məlumat təsdiqlənib.

Bildirilib ki, Hesablama Palatasının 6 dekabr 2024-cü il tarixli Kollegiya qərarı ilə təsdiq edilmiş 2025-ci il üçün iş planına əsasən, cari ilin yanvar ayından başlayaraq Dövlət Turizm Agentliyində dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditi keçirilir və “Hesablama Palatası haqqında” Qanunun 22-ci maddəsinə uyğun olaraq hazırda audit prosesi davam edir.

Chosen
16
41
qafqazinfo.az

10Sources