EN

Diddi yeni ittihamlarda özünü təqsirli bilmədi

Diddi adı ilə daha çox tanınan mübahisəli reper Şon Kombs, cinsi təcavüz və insan alveri ilə bağlı yeni ittihamları qəbul etməyib.

Oxu.Az xəbər verir ki, bu barədə "People" jurnalı məlumat yayıb.

Yeni hesabatda Diddinin işçilərini iş vaxtından artıq işləməyə məcbur etdiyi və insan alverində iştirakdan imtina edənləri cəzalandırmaqla hədələdiyi iddiaları əlavə edilib. Kombs və onun əlbirlərinin bəzi işçiləri saatlarla yuxusuz işləməyə məcbur etdikləri, onlara fiziki güc tətbiq etdikləri və ya hədələdikləri, maddi, psixoloji və nüfuzuna ziyan vurduqları iddia edilir. Kombs yeni ittihamlar üzrə özünü təqsirli bilməyib.

Qeyd edək ki, musiqi maqnatı əvvəllər təcavüz, cinsi zorakılıq, təqib və döyülmə, habelə qeyri-qanuni azadlıqdan məhrum etmədə ittiham olunurdu. Cinayətlərin 2000-2022-ci illər arasında Nyu-York, Los-Anceles və Las-Veqasda Diddinin ziyafətlərində baş verdiyi güman edilir. 2024-cü ilin sentyabrında o, Nyu-Yorkda cinsi istismar, cinayət fəaliyyətinin və fahişəlik şəbəkəsinin təşkil edilməsində ittiham olunub. Diddi nəzarətə götürülüb. Musiqiçi ittihamları rədd edir və Bruklindəki federal təcridxanada məhkəməni gözləyir.

Chosen
22
1
hakimiyyet.az

10Sources