EN

ABŞ Senatı ölkəni növbəti şatdaundan xilas edəcək qanun layihəsini təsdiqləyib

Nyu-York, 15 mart, AZƏRTAC

ABŞ Senatı ölkəni növbəti şatdaundan xilas edəcək qanun layihəsini təsdiqləyib. AZƏRTAC-ın məlumatına görə, növbəti və sonuncu mərhələdə qanun layihəsi Prezident Donald Tramp tərəfindən imzalanmalıdır. Layihəyənin lehinə 54, əlehinə 46 səs verilib. Qanun sentyabrın 30-dək hökumətin maliyyələşdirilməsini nəzərdə tutur. Hökümətin maliyyələşməsi üzrə əvvəlki qanunun son icra müddəti martın 14-ü gecə saatlarında bitirdi.

 
Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Nyu-York

Chosen
39
2
azertag.az

3Sources