EN

Slot və Postekoqlunu qabaqladı, ən yaxşısı SEÇİLDİ

İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı məşqçisi məlum olub.

Bizim.Media xəbər verir ki, bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb.

Bu, “Everton”un baş məşqçisi Devid Moyes olub. Mütəxəssisin çalışdırdığı komanda ötən ay 5 matça çıxaraq 2 qələbə qazanıb, 3 dəfə isə heç-heçə edib. O, sorğuda Oliver Qlasner (“Kristal Pelas”), Anqelos Postekoqlu (“Tottenhem”), Marko Silva (“Fulhem”) və Arne Slotu (“Liverpul”) qabaqlayıb.

Qeyd edək ki, hazırda "Everton" turnir cədvəlində 33 xalla 15-ci yerdədir. Lider "Liverpul"un 70 xalı var.

Bizim.Media

Chosen
8
1
bizim.media

2Sources