EN

Rahillə Renatın komandasından qələbə

Azərbaycan millisinin futbolçuları Rahil Məmmədov və Renat Dadaşovun çıxış etdiyi “Radomyak” komandası Polşa çempionatında növbəti qələbəsini qazanıb.

“Qafqazinfo” xəbər verir ki, 25-ci turda “Lexiya”ya qarşı matçda meydana start heyətində çıxan Renat Dadaşov heç nə ilə yadda qalmayaraq 86-cı dəqiqədə əvəzlənib.

Rahil Məmmədovadın adı isə iştirak ərizəsinə salınmayıb. Qarşılaşma “Radomyak”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Dadaşov Polşa klubunun heyətində 2 qol vurub. Radom komandası ölkə çempionatında 31 xalla 12-ci sırada yer alıb.

Chosen
23
4
qafqazinfo.az

5Sources