EN

Denis Şmıqal: Ukrayna energetikasını bərpa etmək üçün təxminən 68 milyard dollar vəsait lazımdır

Kiyev, 15 mart, AZƏRTAC

“Dünya Bankının son qiymətləndirməsinə görə, Ukrayna energetikasını bərpa etmək üçün 68 milyard ABŞ dollar lazımdır. Buna görə də hökumət bu vəsaiti təmin etmək üçün Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsi mexanizminin yaradılması üzərində çalışır”.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal teleqram kanalında söyləyib.

Şmıqal qeyd edib ki, Ukrayna Rusiyanın dondurulmuş aktivlərinin tam müsadirə edilməsinə nail olmağa çalışacaq. Onun sözlərinə görə, nə qədər ki, bu proses davam edir, Ukrayna dondurulmuş aktivlərdən gələn gəlirlər hesabına maliyyə yardımı alacaq.

 
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Chosen
39
2
azertag.az

3Sources