EN

İkisi “Neftçi”dəndir - Millimiz Almaniyanı məğlub etdi: FOTOLAR

Xorvatiyanın Osijek şəhərində keçirilən güllə atıcılığı üzrə Avropa çempionatında Azərbaycan millisi bürünc medal qazanıb.

Sportinfo.az xəbər verir ki, pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma üzrə kişilərin trio komanda yarışında Ruslan Lunyov, Elvin Astanov və Vladislav Kalmıkovdan ibarət yığma üçüncü yeri tutub.

Yığma komandamız bürünc medal uğrunda qarşılaşmada Almaniya millisinə 16:14 hesabı ilə qalib gəlib.

Yığma komandanın heyətində yer alan Elvin Astanov və Vladislav Kalmıkov “Neftçi” İdman Klubunun təmsilçiləridir.

Chosen
25
2
sportinfo.az

10Sources