“Onilliklər ərzində dinamik iqtisadi artmın möhkəm bazasını təmin edə biləcək yeni enerji sənayesi yaratmaq lazımdır”.
Publika.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev söyləyib.
“Məhz bu səbəbdən bir deyil, üç atom elektrik stansiyası inşa edilməlidir. Nəticədə tam funksional nüvə klasteri formalaşdırılmalıdır”, - Tokayev bildirib.