EN

Premyer Liqa: “Kəpəz” 34 oyundur yenmədiyi “Qarabağ”a qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 27-ci turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk oyunu autsayderlər qrupunda qərarlaşmış “Kəpəz”lə lider “Qarabağ” arasında keçiriləcək. Tovuz şəhər stadionunda təşkil olunacaq qarşılaşmanı Fərid Hacıyev idarə edəcək. Ağdam təmsilçisi səfərdə nöövbəti qələbəsini qazanmağa çalışacaq. Ötən turda “Sumqayıt”a böyük hesabla uduzmuş Gəncə təmsilçisi isə güclü rəqibindən xal almaq üçün meydana çıxacaq.

Bu, sözügedən komandaların milli çempionatdakı yubiley – 60-cı qarşılaşması olacaq. Əvvəlki 59 oyunda “Kəpəz” 14, “Qarabağ” 34 qələbə qazanıb, 11 görüş bərabərliklə yekunlaşıb. “Qarabağ” 34 oyundur bu rəqibinə uduzmur. Son 5 matçda “Qarabağ” qalib gəlib ki, bunlardan üçündə böyükhesablı nəticə qeydə alınıb.

Turun mərkəzi oyununda isə “Sabah” “Zirə”ni qəbul edəcək. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandaların Masazırda keçiriləcək görüşünü Rəşad Əhmədov idarə edəcək. Ardıcıl 4 oyundur qələbə qazanan və hazırda 51 xalla ikinci olan Rəşad Sadıqovlu “Zirə” “Sabah”ı da qurbanları siyahısına salmağa çalışacaq. Vasili Berezutskinin komandası isə rəqibindən fərqli olaraq, son dörd oyunda qələbəyə həsrət qalıb. İndi sözügedən komanda doğma meydanda bu uğursuz gedişata son qoymağa çalışacaq.

“Sabah”la “Zirə” 26-cı dəfə çempionat çərçivəsində üz-üzə gələcəklər. Əvvəlki 25 oyunda “bayquşlar”ın 10, “qartallar”ın 8 qələbəsi var. 7 görüşdə qalib müəyyənləşməyib. “Zirə” son 3 görüşdə bu rəqibinə qol vurub. “Sabah” son 3 ev qarşılaşmasında quru hesabla uduzub.

Premyer Liqa
27-ci tur

14 mart

“Araz-Naxçıvan” – “Şamaxı” 1:1
Qollar: Bernardo Dias, 39 – Cəlal Hüseynov, 68.
Hakimlər: Rauf Cabbarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Kamran Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Mərdəkan. “Dalğa Arena”, 19:00.

15 mart

“Kəpəz” – “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Rəvan Həmzəzadə.
VAR: Cavid Cəlilov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Tovuz şəhər stadionu, 17:00.

“Sabah” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Masazır Arena”, 19:30.

16 mart

“Səbail” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Bayıl Arena”, 16:00.

“Turan Tovuz” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
VAR: Kamal Umudlu.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Tovuz şəhər stadionu, 18:30.

Chosen
15
arena.az

1Sources