EN

Efirə qapalı geyinən müğənnilərə “çuşka”, lüt çıxanları isə.. – Aşıq Zülfiyyə əsəbiləşdi

Efirə qapalı geyinən müğənnilərə “çuşka”, lüt çıxanları isə.. – Aşıq Zülfiyyə əsəbiləşdi

“Rəngarəng” verilişində Üzeyir Mehdizadəni sənətkar adlandırmağım əksər sosial şəbəkə istifadəçilərini əsəbləşdirib. Əgər Üzeyirin tamaşaçı kütləsi varsa, öz peşəsini layiqincə yerinə yetirirsə, niyə də ona sənətkar deməyək? Hamısı bizimdir, niyə pisləməliyik ki? O böyük bir tamaşaçı kütləsinin sevimlisidir. Bizim haqqımız yoxdur ki, onu tənqid atəşinə tutaq, təhqir edək. Əlbəttə ki, zövqlər müxtəlifdir. Biz heç kimi məcbur edə bilmərik ki, bunu sev, onu sevmə”.

Bunu Medianews.az-a açıqlamasında tanınmış aşıq Zülfiyyə İbadova deyib.

O daha sonra əlavə edib: “Hər kəs ayağını yorğanına görə uzadır da. Hamı muğam, aşıq musiqisi və yaxud estrada mahnısı oxumalı deyil ki. Onun da musiqi səpkisi belədir də. Ümumiyyətlə, könül sındırmaqla nə əldə edirik ki? Yaxşıya da qulp qoyuruq, pisə də. Bəzi müğənnilər qapalı paltar geyinir, altından yazırlar ki, çuşkadır. Amma biri efirə lüt çıxır, onu tənqid atəşinə tutan olmur. Demək ki, bizim dünya görüşümüz budur da. Hara gediriksə bilmirik. Ona görə də o da yaxşıdır, bu da. Ümumiyyətlə, mənim aləmimdə nə pis sənətkar var, nə də pis adam. Mənim aləmimdə hər kəs yaxşıdır. Allah yaxşıları var etsin, yamanların da könlünə insaf salsın ki, onlar da yaxşı olsun”.


Chosen
28
1
qlobal.net

2Sources