EN

Rus pilotlar indi də koreyalılarla insident yaşayırlar

Koreya Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri bəyan edib ki, Yapon dənizi ərazisində Rusiya təyyarələri Seul tərəfindən birtərəfli qaydada yaradılmış hava hücumundan müdafiə identifikasiyası zonasına (ADIZ) daxil olub. Bu barədə Cənubi Koreyanın Yonhap agentliyi məlumat yayıb.

Qeyd olunur ki, təyyarələr yerli vaxtla saat 09:20 radələrində əraziyə daxil olub və sorna zonanı tərk edib. Cənubi Koreyanın hava məkanı pozulmayıb. Seul həmçinin Rusiyanın hava məkanını pozmaq planının olmadığını etiraf edib. Amma rusların bu uçuşlarına cavab olaraq koreyalılar öz qırıcılarını səmaya qaldırıblar ki, lazım gələcəyi təqdirdə, Rusiya təyyarələrini müşayiət etsinlər.

Moskva dəfələrlə bəyan edib ki, hava hücumundan müdafiə identifikasiyası zonası Cənubi Koreya tərəfindən birtərəfli qaydada yaradılıb və o digər ölkələr üçün hüquqi öhdəlik yaratmır. Seul bu ərazidən uçan təyyarələrin əvvəlcədən bildirişini tələb edir və uçuş halları qeydə alınan kimi hava məkanı pozulmasa belə, qırıcılarını dərhal havaya qaldırır.

Tural

Chosen
7
news365.az

1Sources